کیان خیاو
Üç rəngli bir bayraq kimi sevirəm gözlərini
Günəş projektorunda neçə rəngə çalarkən.
Bax mənə,bax!
Gözlərinin bir yaşıl,bir qırmızı
Və bir mavi ışığıyla məni yax!
Bu an köksümdə bir gəmi
Baş gicəllənməsi tutmuş
Çalarlı bir dənizi seyr edərkən.
Hey,mehriban!
Lövbər atacağım qədər bir yer yoxmu gözlərində?!
Bax,mənə bax!
Gözlərinin bir mavi,bir qırmızı
Və bir yaşıl ışığıyla məni yax!
Mənn də gür xəzər səsimlə öpürəm gözlərini
Dolandır üstümə,nazlım!
Dolandır və dalğalandır o bayraq gözlərini
Yurdsuz könlümün başında!...
Bayram ayı 1385(2007)