بیز بویله عجاییب اینسانلاریق
یارین هانسیمیزین نوبتی دیر؟ سن یوخسا من ؟
يئنه كئچميش آني لاري ،
اوره ييمده واراقلاييب
دوشونورم بيرده سني
سنله اؤتن گونلريمي
سنده ايتن گونلريمي
سئوگي دولو اوره ييمله
پيچيلداشان گونلريمي
آشيب ، داشان گونلريمي
يوخ! بيرآندا دئييشيرم
سانكي رويا قوپوزومون
سيمي كؤكدن دوشور بيرآن
اورك يانير، پيشير بير آن
سون باخيشي گؤز اؤنومده شيشير بير آن
سانكي آلا گؤزلرينده آرزولارين كؤزو ياتميش
سانكي او سون باخيشيندا، آيريليغين سؤزو ياتميش
او سون باخيشيدير، او سون گؤروشويدو
زامان يامان تله سيردي
سانكي يايين قيزماريندا
سويوق بير كولك اسيردي.
ال سيخاندا الي ايلقار دوغولور
گؤره سن گؤزله اورك دن ده سايين بير زاد وار؟
"ال"!!
بلي "ال" هر ايكيسيندن ده سايين!
ال بشر وارليغينا
منجه هر زاددان اؤنملي گؤرونور.
بو قدر بسدي اونون سايغيسينا،
كي اليمله يازيرام
باغلي اللر هر طرفدن اوزولنده
دوشور اينسان دا آياقدان
ايستر اللر يوموشاق اولسون يا كوبود
كؤتوك اولسون يا بولور
ال سيخاندا الي ايلقار دوغولور،
ايكي جان ايلگيله نير بير-بيرينه
ال سيخاندا الي سينماز گوج اولور
ال گركدير ظفره ديل يئرينه
ال گركدير، ايستر
اولا ساز پرده سي اوستده
يا دا يار بوينوندا
بئل، چكوش، قازما ساپيندا
يا دا بير تابلو اؤنونده،
او گركدير چاليشاندا امه يه
او گركدير بير كورون يارديمينا
او گركدير گله جك جورله مه يه.
منیم سوکاکلاریمدا گزینتی یه چیخارسینیز لوطفا ماسکا سیز اولون...
Yenə bu şəhərdə üz-üzə gəldik
Neyləyək ayrıca şəhərimiz yox
Bəlkə də biz xoşbəxt ola bilərdik
Bəlkə də xoşbəxtik xəbərimiz yox
Aradan nə qədər il keçib görən?
Tanıya bilmədim məni bağışla
Mən elə bilirdim sənsiz ölərəm
Mən sənsiz ölmədim məni bağışla
Ölmədim deyirəm nə bilim axı
Bəlkə də mən sənsiz ölmüşəm elə
Qəbirsiz-kəfənsiz ölmüşəm elə
Bəlkə də biz onda ayrılmasaydıq
Nə mən indikiydim nə sən indiki
Ayrıldıq şeytanı güldürdük onda
Bu ilin, bu ayın, bu günündəki
Elə bu küçənin bu tinindəki
Məni də səni də öldürdük onda
Sağımız-solumuz adamla dolu
Qol-qola kişilər, qadınlar keçir
Özündən xəbərsiz ömründə min yol
Özünü öldürən adamlar keçir
Keçir öz qanına batan adamlar
Bir də ki qan hanı? Qan axı yoxdu
Hamı günahkardı dünyada amma
Dünyada heç kəsin günahı yoxdu
Bizsiz yazılmışdı bu tale`, bu baxt
Sapanddan atılan bir cüt daşıq biz
Bəlkə bu dünyada on-on beş il yox
Min il bundan qabaq ayrılmışıq biz
Halal yolumuzu dəyişib nəsə
Çaşmışıq, biz özgə yoldan getmişik
Bəlkə min il qabaq səhv düşüb nəsə
Minillik bir səhvə qurban getmişik
Dəyişib yerini bəlkə qış-bahar
Qarışıb dünyanın şəhəri, kəndi
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi
Ömrüm başdan-başa yalandı bəlkə
Taleyim başqaymış doğrudan elə
O yoldan ötən qız anamdı bəlkə
Bəlkə də oğlumdu bu oğlan elə
Bu yalan ömrümdə görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim?
Anamsan, bacımsan, nənəmsən, nəsən?
Bircə Allah bilir nəyimsən mənim
Bizi kim addadar bu ayrılıqdan
Çatmaz dadımıza nə yol nə körpü
Ölüsən, dirisən, hər nəsən dayan
Dayan heç olmasa əlindən öpüm
Deyirsən: »Ölüyəm, ölünü öpmə«
Əlimin içində soyuyur əlin
Deyirsən: »Sən Allah əlimi öpmə
Əlimdən deyəsən qan iyi gəlir «
Ramiz Rövşən
Neler Oluyor Bize
İster sev ister sevme ama dön artık,
Uyanır uyanmaz düşüncemdesin.
Islak ekmek attığım kuşlar, alıştılar eve,
Onlarla beraber penceremdesin.
Ah be bitanem, nerelerdesin, nazlı bebeğim ne alemdesin.
Neler oluyor bize, yine neler oluyor gülüm
Neler oluyor
Gittiğin günden beri yüzüm hiç gülmedi.
Doğum günümde bile iyi ki doğdun demedin.
Ayrıntılara takılmak istemem ama elimde değil
Şimdi kim bilir kimlerlesin?
Ah be bitanem, nerelerdesin, nazlı bebeğim ne alemdesin.
Neler oluyor bize, yine neler oluyor gülüm
Neler oluyor
Oxuyan: İlhan Şeşen